Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropalılar evlərini kütləvi satışa çıxarıb

Koronavirusun tüğyan etdiyi günlərdə Avropada imarətlərin, mənzillərin kütləvi satışa çıxarılması müşahidə olunur. Qiymətlərin ənənəvi günlərdən 30 faiz ucuz olduğu bildirilir.

Bizimyol.info xəbər verir ki, daha çox Avropanın cənubunda belə evlər satışa çıxarılıb. Siyahıya Fransa və İtaliya başçılıq edir. İspaniyanın da ümumi payı az deyil.

“Knight Frank” konsaltinq şirkətinin materiallarında bundan bəhs olunur. Mütəxəssislər məhz koronavirusa görə alıcıların da çox az olduğunu xüsusi qeyd edir. Məsələn, keçən ilin martı ilə müqayisədə bu ilin analoji dövründə müştərilərin alıcılıq qabiliyyəti 35 faizə qədərə aşağı düşüb.

Böyük Britaniyanın paytaxtı Londona maraq da az deyil. Bundan başqa, Kiprə və Yunanıstana da tələbat artıb.

“Knight Frank”dan bildirirlər ki, bu dönəımdə alıcılar daha diqqətli davranır. İnvestorlar ən optimal variantları seçməyə çalışır.

Son xəbərlər
Bütün xəbərlər »