Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hindistanda namaz qılanlarla polis arasında qarşıdurma yarandı - Video

Hindistanda müsəlmanlara qarşı münasibət onsuz da pisləşmişdi.

Koronavirus yayılmağa başlayandan sonra onların məscidlərə yolu da kəsildi. Bir neçə gün əvvəl sosial şəbəkələrdə paylaşılan videolarda məscidlərə gizli gedənlərin döyülməsi görünürdü.

Bizimyol.info xəbər verir ki, Hindistanda namaz qılanlarla polis arasında qarşıdurma yaranıb. “Twitter”də bu hadisə ilə bağlı kiçik video paylaşılıb. Burada sakinlərin polisləri ərazidən qovmağa çalışması gözə dəyir.

Videonun rəy bölümündə görüntülərə müəyyən aydınlıq gətirilib. Məscidlərə yol bağlandığından, müsəlmanlar açıq hava namaz qımağa məcbur qalıb. Polis isə koronavirusa yoluxma təhlükəsinə görə insanları evlərinə dağıtmağa çalışır.

Hindistanda bu dəqiqələrə qədər 2567 virus daşıyıcısı qeydə alınıb. Həmin adamlardan 72-si həyatını itirib.

Son xəbərlər
Bütün xəbərlər »