Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Məişət tullantılarını atarkən icazə almaq lazım deyil"

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşların tibbi maska və əlcəkdən istifadə etməməsinə görə cərimə olunması barədə yayılan məlumatlara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Unikal.org-a bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

O qeyd edib ki, vətəndaşlar tibbi maska və əlcəkdən istifadə etməməyə görə cərimə olunmur: "Polis əməkdaşları həmin şəxsləri saxlayıb, onlara tövsiyə edir ki, özlərinin və yaxınlarının sağlamlığı üçün maska və əlcəkdən istifadə etsinlər. Əlcək və maskadan istifadə etməməyə görə cərimə yoxdur".

E.Zahidov deyib ki, vətəndaşlar yalnız karantin qaydalarını pozduğuna görə, zərurət olmadan evdən çıxdığına görə cərimə olunur: "Məişət tullantılarını atarkən icazə almaq lazım deyil. Vətəndaş zibili atıb geri qayıtmalıdır".

Paylaş »
››› Elman Rüstəmov Prezidenti də eşitmir...
››› Öngörücülərin xətası: Virus nə üçün mutasiya etmir...
››› Qeybə çəkilən aparatlar: Avtobusa minmək üçün pulumuzla rəzil oluruq...
››› "Ruslar Qarabağdan çıxacaq - Ərdoğan və Əliyev istəsələr, İrəvanı da ala bilərlər" - Satanovski
››› “Paşinyan Azərbaycanla sülh sazişi imzalayacaq” - Ermənistan mediası
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› “Paşinyan Rusiya və "Qarabağ" klanına yaxın şəxsləri idarəetmədən uzaqlaşdıracaq”
Son xəbərlər
Bütün xəbərlər »