Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Texniki baxış müddəti başa çatan avtomobillər cərimələnməyəcək

Azərbaycanda koronavirusla bağlı elan olunmuş xüsusi karantin rejimi müddətində texniki baxış vaxtı başa çatan nəqliyyat vasitələri cərimə edilməyəcək.

Bunu Trend-ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, həmin nəqliyyat vasitələrinin texniki baxış müddəti uzadılıb: "Əgər kimsə gedə bilirsə, əməkdaşlarımız xidmətdədir və texniki baxışdan rahatlıqla keçə bilərlər. Amma kiməsə yola çıxmağa icazə verilmirsə, onlar narahat olmasınlar. Texniki baxış müddəti karantin müddəti bitənə qədər artırılıb.

Karantin müddəti başa çatandan sonra gedib avtomobillərini texniki baxışdan problemsiz keçirə bilərlər. Həmin müddətdə texniki baxış müddəti keçmiş heç bir nəqliyyat vasitəsinə cərimə tətbiq edilməyəcək".

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək xüsusi qaydada tətbiqi ilə bağlı qərar alınıb.

Paylaş »
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› Abel Məhərrəmovun restoranının administratoru həbs edilib
››› Paşinyan: Azərbaycan və Rusiya ilə birlikdə Kəlbəcər-Sotk sərhədindəki problemin yekun həllinə yaxınlaşırıq
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› 15 erməni Ermənistana təhvil verilib
››› Şəkərli diabet və skleroz xəstələrinin reyestri yaradılacaq
Son xəbərlər
Bütün xəbərlər »