Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazir: “Rusiyada koronavirusun yayılması ilə bağlı vəziyyət əlverişli ssenari üzrə inkişaf edir”

“Rusiyada koronavirusun yayılması ilə bağlı vəziyyət əlverişli ssenari üzrə inkişaf edir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın Səhiyyə naziri Mixail Muraşko deyib.

"Görürük ki, ölkədə tətbiq olunan tədbirlər həqiqətən də xəstələrin sayına, xəstələrin vəziyyətinin ağırlığına təsir edib. Faktiki olaraq vəziyyət olduqca əlverişli ssenari üzrə inkişaf edir", - deyə rusiyalı nazir vurğulayıb.

Qeyd edək ki, Rusiya Nazirlər Kabineti yanında Operativ Qərargahln bu günə olan məlumatına görə, Rusiyada yeni növ koronavirusa yoluxanların sayı 4149 nəfərə çatıb. Ölkənin 78 regionunu əhatə edən yoluxma nəticəsində indiyə kimi 34 nəfər həyatını itirib.

Son xəbərlər
Bütün xəbərlər »