Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
UEFA klublara xəbərdarlıq edib

UEFA yerli çempionatlarla bağlı quruma üzv olan milli assosiasiyalara xəbərdarlıq edib.

"Report"un məlumatına görə, bu barədə futbol agenti Marko Trabukki özünün "Twitter" hesabında paylaşım edib.

İtaliyalı menecerin sözlərinə görə, qitə futbol qurumu çempionatı başa çatdırılmayan ölkələrin klublarını avrokuboklara buraxmayacağını açıqlayıb. O, UEFA-nın artıq bütün federasiyaları məlumatlandırdığını vurğulayıb.

Xatırladaq ki, hazırda Avropada Belurus çempionatından başqa bütün liqalar dayandırılıb. Belçika Futbol Federasiyası dünən cari mövsümün davam etdirilməyəcəyini və lider "Brügge"nin çempion elan olunduğunu açıqlayıb.

Son xəbərlər
Bütün xəbərlər »