Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Apteklərdə hələ də maska tapılmır - Foto

Aprelin 20-ə qədər Azərbaycanda tətbiq olunan xüsusi karantin rejiminə görə 10 nəfərlik qrupların cəmləşməsi qadağan edilir. Adamlara bir-birinin arasında 2 metrlik məsafə saxlamaq tövsiyə olunur. Amma Bakıda əksər yerlərdə qələbəlikdir.

Bizimyol.info-nun əməkdaşı Qaradağ rayonu Lökbatan qəsəbəsində bir neçə aptekdə tibbi maskalarla və etil spirtlə maraqlanıb. Məlum olub ki, apteklərdə insanları koronavirusdan qoruyan bu tibbi vasitələr tapılmır.

Sosial şəbəkədə tibbi maska və etil spirtlər apteklərdə maskanın baha satılması və ya ümumiyyətlə tapılmadığı ilə bağlı məlumatlar və şəkillər paylaşılır. Paylaşılan şəkillərdə vətəndaşların apteklərə daxil olması üçün 2 metrlik məsafəni saxlamaq tövsiyyəsinə əməl etməsi nəticəsində növbələrin yarandığı görünür.

Operativ Qərargah

Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov dünən brifinqdə çıxışı zamanı bildirib ki, Azərbaycanda maska və spirtlə bağlı problem yaxın günlərdə öz həllini tapacaq.

Onun sözlərinə görə, ötən gecə maska istehsalı üçün lazımi xammal ölkəyə gətirilib. Təqribən bir həftəyə Azərbaycanda tibbi maska istehsal edən müəssisə işə başlayacağı bildirilib. Müəssisənin gündəlik maksimal istehsal gücü 200 min tibbi maskadır.

İ.Məmmədov deyib ki, son bir ayda Azərbaycanda ən çox tibbi maska satılan gün 200-210 min ədəd olub.

aptek

Son xəbərlər
Bütün xəbərlər »