Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Arif Rəhimov: "Bakıda "Formula 1" gerçəkləşməsə, pulu geri alacağıq"

“Qışda “Formula 1” keçirmək bizim üçün seçim deyil. Onda boş tribunalar olacaq”.

“Report”un məlumatına görə, bu fikirləri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov “Motorsport-total” nəşrinə müsahibəsində deyib.

O, payızdan etibarən Bakıda havanın soyuq olduğunu xatırladıb. “Buna görə də yarışı oktyabrın ortalarından əvvəl keçirmək istəyirik. Ən önəmli şey, tezliklə hər şeyə aydınlıq gətirilməsidir. “Formula 1”in nə vaxt keçiriləcəyini 2 və ya 3 ay əvvəlcədən bilmək həqiqətən vacibdir. Trasın orada olmasına 2-3 ay vaxt lazımdır və mən bütün kommersiya aspektləri haqqında danışmıram”.

Rəhimov bildirib ki, Azərbaycan Qran-prisini noyabradək təxirə salına bilməzlər: "Avqustun axırına qədər situasiya dəyişməsə, bu dəqiq olaraq bizim yarışımız üçündür, noyabr ayına qədər təxirə sala bilmərik”.

Azərbaycan Qran-prisinin promouteri hazırda yarışın ölkədə reklam edilməsinin qeyri-qanuni olduğunu sözlərinə əlavə edib: “Biz artıq bir neçə şey sifariş etmişik, amma onlardan gələn il və ya bu ilin sonunda istifadə edə bilərik. Bu səbəbdən indiyə qədər birbaşa maliyyə itkisi yaşamamışıq".

Rəhimov yarış baş tutmasa, Azərbaycan hömumətinin pul itirməyəcəyini söyləyib: "Bu, fors-major haldır və bizim səlahiyyətimizdə deyil. Yarış reallaşmasa, pulu “Formula 1”dən geri almaq seçim olacaq. Ya da bir sonrakı il üçün nəzərdə tutula bilər ki, həmin vaxt ödəniş etməyək”.

Qeyd edək ki, daha əvvəl "Formula 1" rəhbərliyi koronavirusa görə Monakodakı yarışı ləğv edib. Azərbaycanla yanaşı Avstraliya, Bəhreyn, Vyetnam, Çin, Hollandiya və İspaniya Qran-priləri təxirə salınıb. Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçirilməli idi.

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Sosial yardım alan ailənin bank hesabından 500 min avro çıxdı
››› Azərbaycanlını qətlə yetirən rus polis evində qorunur
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
››› Sabah avtobuslar işləyəcək
Son xəbərlər
Bütün xəbərlər »