Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtaliyada bütün ailə koronavirusdan vəfat etdi

İtaliyanın koronavirusdan ən çox zərər görmüş Lombardiya bölgəsinin Voqera şəhərində əsl faciə yaşanıb.

“The Sun” xəbər verir ki, burada bir həftə ərzində dörd nəfərdən ibarət ailə xəstəliyin qurbanı olub.

İlk növbədə ailənin başçısı, 86 yaşlı Alfredo Bertuççi vəfat edib. Bundan sonra onun iki oğlu – 54 yaşlı Daniele və 46 yaşlı Klaudio dünyasını dəyişib. Sonda isə Alfredonun 77 yaşlı həyat yoldaşı Ancela Alberqati koronavirusla mübarizədə məğlub olub.

Onların hamısı eyni xəstəxanada müalicə alıb və koronavirusa yoluxandan əvvəl sağlamlıqlarından şikayət etməyib.

“Bu əsl faciədir. Onlar güclü və sağlam insanlar idi”, - deyə ailənin dostu Massimo Covanni Fazano bildirib.(oxu.az)

Paylaş »
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› Abel Məhərrəmovun restoranının administratoru həbs edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Paşinyan: Azərbaycan və Rusiya ilə birlikdə Kəlbəcər-Sotk sərhədindəki problemin yekun həllinə yaxınlaşırıq
››› 15 erməni Ermənistana təhvil verilib
››› Şəkərli diabet və skleroz xəstələrinin reyestri yaradılacaq
Son xəbərlər
Bütün xəbərlər »