Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kanada qoşunlarını İraq və Ukraynadan çıxarır

Kanadanın Milli Müdafiə Nazirliyi koronavirus pandemiyasına görə İraq və Ukraynada müxtəlif missiyalara cəlb edilmiş hərbi qulluqçularının bir hissəsini bu ölkələrdən çıxarmaq barədə əmr verib.

“Report”un məlumatına görə, bu barədə cümə axşamı CBC telekanalı bildirib.

Məlumata görə, Kanadanın Qərbi Ukraynada yerləşdirilmiş 200 hərbi təlimatçısının çox hissəsi evə qayıdacaq. İraqda yerləşdirilmiş təlimatçılar qismən Kanadanın Küveytdəki aviabazasına köçürüləcək.

Yeri dəyişilmiş hərbçilərin sayı haqqında dəqiq məlumat yoxdur. Müdafiə Nazirliyinin yüksəkvəzifəli məmuru telekanala deyib ki, idarənin belə hərəkətləri koronavirus pandemiyası ilə bağlıdır.

Daha əvvəl bildirilirdi ki, Yaxın Şərqdə Kanadanın 800 hərbi qulluqçusu var. Onlardan 500-ü NATO-nun hərbi təlimatçıları missiyası çərçivəsində İraqda yerləşdirilib.

Paylaş »
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Umayra Tağıyeva qadınlara müraciət edib
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Yayda şən istirahətin ən ucuz yolu: Turla səyahət - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »