Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə ordusu Suriyada terrorçuları zərərsizləşdirdi

Suriyanın şimalında 14 terrorçu zərərsizləşdirilib.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

Qeyd edilir ki, terrorçular "Fərat Qalxanı" əməliyyatının keçirilməsi zonasına hücum hazırlayırmış.

Müdafiə Nazirliyində qeyd ediblər ki, PKK terrorçularının Suriya qanadının döyüşçüləri – YPG silahlıları türk xüsusi təyinatlı dəstəsinin müvəffəqiyyətli əməliyyatı nəticəsində məhv edilib.

"Türkiyə regionda sabitliyin və sülhün təminatı üzrə bütün lazımi addımları atmaqda davam etməyə tam qətiyyətlidir", - xəbərdə vurğulanır.

Son xəbərlər
Bütün xəbərlər »