Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ÜST: Ötən gün dünyada 5 min nəfər koronavirusdan ölüb

Son bir gün ərzində dünyada koronavirus infeksiyasına yoluxma hallarının sayı demək olar, daha 77 min artıb.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son məlumatında bildirilir.

Qeyd edilir ki, dünyada koronavirusa yoluxanların sayı 900 306 nəfərə çatıb.

Son sutka ərzində dünyada koronavirus qurbanlarının sayı təxminən 5 000 nəfər artıb. Hazırda dünyada pandemiya qurbanlarının sayı 45 693 insan təşkil edir.

Son 24 saat ərzində koronavirusun qeydə alındığı 205 ölkənin siyahısı və ya ərazisi genişlənməyib.

Eyni zamanda ABŞ-ın Cons Hopkins Universiteti də öz növbəsində bildirib ki, dünyada koronavirusa yoluxma hallarının sayı 1 milyonu ötüb.

Universitetin məlumatına görə, virusa yoluxma hallarının sayı 1 002 159-a qədər artıb, 51 485 insan pandemiyanın qurbanı olub.

Son xəbərlər
Bütün xəbərlər »