Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çində aprelin 4-ü pandemiya qurbanlarına görə matəm günü elan olunub

ÇXR Dövlət Şurası yeni növ koronavirus pandemiyasının yayılması nəticəsində ölən insanlara və onları xilas edərkən həyatını qurban verən həkimlərə görə aprelin 4-də ölkədə ümummilli matəm günü kimi qeyd olunması barədə qərar verib.

APA xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Qərara əsasən, şənbə günü ölkədə və diplomatik missiyaların ərazisində bütün bayraqlar yendirilməlidir. Bütün əyləncəli ictimai tədbirləri ləğv ediləcək. Yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə 06:00-da) Çində ölən bütün virus qurbanlarının xatirəsi üç dəqiqəlik sükutla yad ediləcək.

Rəsmi statistikaya görə, ÇXR-in materik hissəsində koronavirusa yoluxanların sayı ümumilikdə 81,5 mindən çoxdur, 3,3 mindən insan isə bu virusun qurbanı olub.

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
››› Sabah avtobuslar işləyəcək
››› Putin 56 nəfərə general rütbəsi verib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Paşinyan: Azərbaycan və Rusiya ilə birlikdə Kəlbəcər-Sotk sərhədindəki problemin yekun həllinə yaxınlaşırıq
Son xəbərlər
Bütün xəbərlər »