Koronavirusa yoluxanların statistikasında hər gün daha böyük göstərici müşahidə edilir. Yoluxma coğrafiyası gözlənilməz sürətlə böyüyür.
Bizimyol.info xəbər verir ki, dünyada koronavirusa yoluxanların sayı 1 milyon nəfəri keçib. Təkcə bu gün 65 minə qədər insanda infeksiya aşkarlanıb. Böyük ehtimalla sutka bitənə qədər daha bir rekord qeydə alınacaq. Dünən 76,8 min nəfərdə virus ortaya çıxmışdı.
İl ərzində 51 min 354 nəfər virusdan həyatını itirib. Sutkanın sonuna qədər bu statistikanın da dəyişəcəyinə şübhə yoxdur.
Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, virusa yoluxanların 210 min nəfərindən çoxu sağalıb.
Ən çox yoluxma ABŞ-da (235,7 min), İtaliyada (115,2 min) və İspaniyada (110,2 min) qeydə alınıb. İtaliya ölənlərin sayına görə (13,9 min) liderdir.