Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Virusdan ölənlərin sayı 50 mini keçdi

Koronavirusla bağlı gələn xəbərlərin əksəri xoşagəlməzdir. Ölüm sayı daha da sürətlənib.

Bizimyol.info xəbər verir ki, dünyada virusdan ölənlərin sayı 50 mini keçib. Bu dəqiqələrə qədər sutka ərzində 3061 nəfər həyatını itirib. Ümumi say 50 min 253-ə çatıb.

Dünyada virusa yoluxanların sayı da 1 milyona yaxınlaşır. Bu gün 46 mindən çox yoluxma qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, virus daşıyıcılarının sayı 981 mini ötüb.

Yoluxma sayına görə ABŞ liderdir. Bu dövlətdə 227 mindən çox virus daşıyıcısı qeydə alınıb. İtaliya isə ölüm sayına görə bütün dövlətləri geridə qoyur (13915).

Son xəbərlər
Bütün xəbərlər »