Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə virusdan ölüm sayı yenə artdı

Türkiyədə koronavirusdan ölüm statistikasında az qala hər gün rekord qeydə alınır.

Sutka ərzində qardaş ölkədə daha 79 nəfər infeksiyadan həyatını itirib. Dünən cəmi 63 ölüm olmuşdu.

Bizimyol.info xəbər verir ki, Türkiyədə koronavirusdan ölənlərin sayı 356-ya çatıb. İndiyə qədər bu ölkədə 18 min 135 nəfərdə infeksiya aşkar olunub. Təkcə bu gün 2456 yoluxma rəsmi təsdiqini tapıb.

Türkiyənin səhiyyə naziri Fahrettin Kocanın sözlərinə görə, sutka ərzində 18 min 757 nəfər testdən keçirilib. Ümumi testlərin sayı 125 mini keçib.

Ümumdünya Səhiyyə Təşkilatının bu dəqiqələrə olan məlumatına görə, virus dünyada 50 min 395 nəfərin həyatına son qoyub. Virus daşıyıcılarının ümumi sayı 986 mini keçib.

Son xəbərlər
Bütün xəbərlər »