Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusla mübarizə aparan həkimlər “Yanıq kərəmi”nə rəqs etdilər – Video

Müxtəlif tibb məntəqələrində və karantin mərkəzlərində koronavirusla mübarizədə həyatlarını riskə ataraq fədakarlıqla öz vəzifə borclarını yerinə yetirən həkimlər qəmli mahnıya rəqs ediblər.

Bizimyol.info xəbər verir ki, həkimlər kədəri və qəm ifadə edən “Yanıq Kərəmi” aşıq havasına oynayıblar.

Qeyd edək ki, paytaxt sakinləri və karantində olan şəxslər koronavirus pandemiyası ilə mübarizə aparan Azərbaycanın tibb işçilərinə təşəkkür kampaniyasına qoşulub, onları alqışlayıblar.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahının bu gün verdiyi məlumata görə, ölkədə 41 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 8 nəfərin vəziyyəti ağır, 11 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Hazırkı dövrədək ölkəmizdə 400 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 26 nəfəri müalicə olunaraq sağalmış, 5 nəfər vəfat etmiş, 369 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son xəbərlər
Bütün xəbərlər »