Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kənan Qubadzadə: "Koronavirusla mübarizədə aktiv olan könüllü gənclərə ayda 250 manat maaş veriləcək"
“Koronavirusla mübarizədə aktiv olan könüllü gənclərimizə ayda 250 manat maaş veriləcək. Dövlətimizin bu qərarını gənclərə və zəhmətimizə verilən böyük dəyərin göstəricisidir”

Bu fikirləri Bizimyol.info-ya verdiyi açıqlamada Gənclər Mərkəzi ictimai birliyinin icraçı direktoru Kənan Qubadzadə səsləndirib.

“Hələ də sosial məsuliyyətini dərk etməyən vətəndaşlarımız da var ki, belə şəxslərə də virus və onun ölkəmizdı törədə biləcəyi böyük fəsadları daha çox çatdırmaq, maarifləndirmək gərəkir. Bu işdə isə cəmiyyətimizin aparıcı qüvvəsi sayılan gənclər daha aktiv olmalıdırlar.

Pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı ölkə Prezidentinin Sərəncamı ilə işçi qruplar yaradılıb. Dövlət dəstəyinin göstərilməsi ilə bağlı 9 proqram hazırlanıb. Proqramlar hazırlanarkən, ilk növbədə, pandemiyadan zərər çəkmiş sahələrin müəyyənləşdirilməsi həyata keçirilib. Bu, 4 böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir. Bu fəaliyyət sahələri təsnifləşdirilib və ən çox zərər çəkmiş sahələr, mənfi təsirə əhəmiyyətli dərəcədə məruz qalmış sahələr, minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələr müəyyən edilib. Ümumilikdə, dövlət dəstək proqramlarını maliyyə həcmi 2,5 milyard manatdır . Bu dəstək sistemi Azərbaycanın ÜDM-nin 3%-ni təşkil edir.

Biz gənclər də çalışırıq ki, çətin günlərdə ölkə başçısının uğurlu siyasətinə dəstək olaq, Eyni zamanda dövlət də bizə dəstək göstərir. Dövlət tərəfindən koronavirusla mübarizədə aktiv olan könüllü gənclərimizə ayda 250 manat maaş veriləcək. Əlbəttə bu qərar gənclərə və zəhmətimizə verilən böyük dəyərin göstəricisidir.Mən bütün gəncləri özlərini və yaxınlarını qorumaq naminə karantin günlərində daha məsuliyyətli olmağa dəvət edirəm”.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »