Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Çində it, pişik yeməyi qadağan etdilər
Çində koronavirusun ortaya çıxdığı heyvan bazarı yenə işə başladı

Dünyada hələ də koronavirusun necə ortaya çıxması barədə yekdil fikir səslənmir.

Virusun insana yarasadan keçməsi versiyası daha çox dilə gətirilir. Əksəriyyətin inandığı fikir belədir ki, çinlilərin qida seçiminin ənənəvi olmaması, yəni həşəratlara, otla qidalanmayan heyvanlara meyl xəstəlik yaranma ehtimalını artırır.

Bizimyol.info xəbər verir ki, Çində it, pişik yeməyi qadağan ediblər. Daha doğrusu, Şençjen şəhərində belə yasaq tətbiq olunub. Sadəcə, əsas məsələ Çində ilk dəfə belə qadağanın tətbiqidir. Onsuz da virusla əlaqədar bütün ölkədə vəhşi heyvanların yeyilməsi qadağan edilmişdi. Şençjen şəhəri bir az da konkret qayda ortaya qoyub. Eyni zamanda, şəhər rəhbərliyi çinlilərin qida rasionu ilə bağlı səhv təsəvvürün olduğunu bildirib. Açıqlama deyilir ki, onların əksəri belə ətin dadına heç vaxt baxmayıb.

Bundan əvvəl Tayvanda belə qadağa tətbiq edilmişdi. Honkonqda qida məqsədi ilə it, pişiyin öldürülməsi üçün cərimə müəyyənləşdirilmişdi. Bu halda 640 dollar ödəmək lazım gəlir.

Paylaş »
››› Şənbə-bazar günləri kimlər bayıra çıxa bilər... - Rəsmi açıqlama
››› Nərminin qətli ilə bağlı cinayət işi: “Dilə gətirə bilmədiyimiz işgəncələr veriblər”
››› 10 yaşlı Nərminin qətlində təqsirləndirilən İlkin Süleymanovun məhkəməsi olub - Video
››› Baş Nazir qərar verdi: Cümə günü saat 14:00-dan məhdudiyyət qüvvəyə minir
››› Mehman Hüseynov xərçəngə yoluxmasından danışdı: "Heç bir xəstəxana mənə yaxın durmadı"
Son xəbərlər
Bütün xəbərlər »