Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada qeyri-iş həftəsinin müddəti uzadılıb

Rusiyada qeyri-iş həftəsinin müddəti aprelin 30-a kimi uzadılıb.

Bunu Rusiya Prezidenti Vladimir Putin növbəti dəfə xalqa müraciətində bildirib.

Vladimir Putin Vladimir Putin

O, koronavirus təhlükəsinin hələ də qaldığını vurğulayıb.

“Buna görə də mənim tərəfimdən əmək haqları saxlanılmaqla, aprelin 30-a qədər qeyri-iş həftəsinin uzadılması haqqında qərar verilib", - deyə Rusiya Prezidenti qeyd edib.

O, qarşıdakı günlərdə koronavirusla bağlı vəziyyətin normallaşacağı təqdirdə, qeyri-iş həftəsinin qısaldılması haqqında qərar qəbul edə biləcəklərini də açıqlayıb.

V. Putin koronavirus epidemiyası ilə mübarizə aparan həkimlərə xüsusi təşəkkürünü bildirib. (Apa.az)

Son xəbərlər
Bütün xəbərlər »