Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milli Məclisin Aparatında və İşlər İdarəsində struktur islahatları aparılır

"Azərbaycan Respublikasında həyata keçirilən köklü islahatlar son dövrdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Nazirlər Kabinetində, icra hakimiyyəti orqanlarında, məhkəmə-hüquq sistemində aparılan struktur və kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır. 2019-cu ildə Azərbaycan Respublikasının Milli Məclisi buraxılmış, 2020-ci il fevralın 9-da növbədənkənar parlament seçkiləri yolu ilə yeni deputat korpusu formalaşmışdır.

Azərtac xəbər verir ki, bu barədə Milli Məclisinin Mətbuat xidmətinin məlumat verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı çıxışında dediyi kimi, “bütövlükdə seçki prosesi həm uğurla keçmişdir, həm də seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirmişdir”.

Azərbaycan xalqının, bütövlükdə cəmiyyətin və seçicilərin gözləntilərini doğrultmaq məqsədi ilə Azərbaycan Respublikası Milli Məclisinin işinin müasir standartlara uyğun yenidən təşkil edilməsi və bununla bağlı struktur islahatlarının həyata keçirilməsi, vətəndaş məmnunluğunun və iş prosesində şəffaflığın təmin edilməsi dövrün zərurətinə çevrilmişdir.

Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətinin səmərəliliyinin artırılması və ölkədə həyata keçirilən hərtərəfli islahatlar strategiyasına uyğunlaşdırılması üçün Milli Məclis Aparatının və İşlər İdarəsinin müasir tələblərə uyğun yenidən qurulmasına ehtiyac vardır.

Bunları nəzərə alaraq, Azərbaycan Respublikası Milli Məclisinin Sədri Milli Məclisin Aparatında və İşlər İdarəsində struktur islahatları haqqında Sərəncam qəbul etmişdir".

Son xəbərlər
Bütün xəbərlər »