Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sahibkarlar və banklar elektron ticarətə hazır deyillər - Ekspertdən irad

Dünyada yayılmış koronavirus (COVİD-19) infeksiyasından qorunmaq üçün insanların sıx toplaşdığı yerlərə, o cümlədən marketlərə, ticarət mərkəzlərinə ehtiyac olmadıqca getməmək, nağd puldan mümkün qədər az istifadə etmək tövsiyə olunur. Pandemiya vəziyyətində elektron ticarət platformalarına tələb artıb.

Lakin hazırda ölkəmizdə heç də bütün xidmət və məhsulların onlayn satışı həyata keçirilmir.

Nicat Manafov Nicat Manafov

Elektron ticarət üzrə mütəxəssis Nicat Manafov Bizimyol.info-ya bildirib ki, Azərbaycanda elektron ticarət platformasında tələb artmayıb: “Koronovirusla mübarizə tədbirləri nəticəsində hazırda digər sahələrdə olduğu kimi Azərbaycanda elektron ticarət sahəsində də azalma müşahidə olunur. Çünki işlər yerləri bağlandığı üçün əhali puluna qənaət edir.

Amma istisna olaraq ərzaq sahəsində yeni yaradılan elektron ticarət platformasında aktivlik müşahidə olunur. Belə ki, evlərə ərzaq çatdırırlar. Koronavirus problemi həll olunandan sonra ümumi olaraq elektron ticarət platformasında tələb artacaq, canlanma müşahidə olunacaq”.

Mütəxəssisin sözlərinə görə, elektron ticarət platformasında tələbin azal olma səbəblərindən biri əhalinin elektron ticarətə güvəninin az olması və nağdsız ödənişlərdən istifadənin üstünlük təşkil etməməsidir: “Həmçinin sifarişlərin çatdırılması ilə bağlı şirkətlərin olmamasıdır. Elektron ticarətə tələbin az olma səbəblərindən biri qiymətlərin baha olmasıdır və əhalinin bank kartlarında az pul saxlamasıdır.

Elektron ticarətin inkişafı üçün tam inteqrasiyaya ehtiyac var. Bizim sahibkarlar elektron ticarətə ciddi yanaşmırlar. Bankların infromasiya texnologiyaları həlləri inkişaf etməlidir ki, əhalidə rahatlıqla nağdsız ödəmələr edə bilsinlər. Hazırda normal şirkət yoxdur ki sifarişləri əhaliyə çatdıra bilsinlər. Bu problemlərin həlli üçün elektronlaşmış sistemə və kadrlara ehtiyac var”.

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Sosial yardım alan ailənin bank hesabından 500 min avro çıxdı
››› Azərbaycanlını qətlə yetirən rus polis evində qorunur
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
››› Sabah avtobuslar işləyəcək
Son xəbərlər
Bütün xəbərlər »