Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Maska və moda və ya maskalı moda - Foto
maska

Deyir kənd yanar dəli daranar. Bu pandemiya zamanında, insanların çoxunun başı öz dərdlərinə qarışarkə, bir çox modabazlar da yeni fikirlər, yeni ideyalarla ortaya çıxıblar.

Dünya şöhrətli kosmetik şirkətin sahibəsi Kylie Jenner kosmetik vasitələr istehsalını dayandıraraq dünyaya yayılan və 40 mindən çox insanın həyatına son qoyan koronavirusla mübarizə üçün əl dezinfeksiyaedici maddələr istehsal etməyə başlayıb. Onlayn-satış saytlarından birində "Fendi" brendinin qoruyucu maskaları satışa çıxarılıb. Qoruyucu maskanın satış qiyməti 190 avro göstərilib. Məhsul dərhal alınıb.

maska

Əslində moda dünyası insanın təkamülünün bir parçasıdır və təkamül prosesində rol oynayır. Əlində olanla yetinməyib, daha gözəlini yaratmaq istəyənlərdir modabazlar. Maska çatışmadığına görə Bakı küçələrində yeni növ maskalarla gəzən gənc xanımlar diqqətimizi cəlb edib. Bahara uyğun güllü çiçəkli parçalardan hazırlanmış maskalarda gəzirlər. Əslində düz edirlər.Bir maskanı bahalı qiymətə al, bir dəfə istifadədən sonra da at zibilliyə. Buna vəsait çatmaz. Odur ki, evdə tikib hazırlamaq da çıxış yoludur. Sadəcə, bizim ölkədə buna hələ komplekssiz yanaşa bilməyənlər var. ABŞ prezidenti Donald Tramp da əhaliyə müraciət edib ki, evdən çıxanda ya şərf taxın, ya da özününz adi parçalardan maska hazırlayın. Sadə maskaları dərzilər, kiçik tikiş sexləri, atelyelər də hazırlaya bilərlər.

Hələ ki, cahil dostlarının lağlağısından utanan cavanlar belə maskalarla bayıra çıxmağa ar edirlər. Çoxları “sən boyda kişi, virusdan qorxub, bürünmüsən” kimi iradları edən cahil başların oduna düşür. Amma hesab edirəm ki, burada ar etməli heç nə yoxdur. Madam ki tapılmır, özümüz evdə hazırlayıb lazım olanda istifadə etməliyik. Bəşəriyyətin başına gəlmiş bu bəladan qorunmaq üçün hamı gücü yetən qədər çalışmalıdır.

İlhamə Rəsulova

Paylaş »
››› "Azərsu" rəhbərinin Prezident sarayını kölgədə qoyan evi - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Türkiyədə koronavirusla bağlı son vəziyyət
››› Alimlər Çində yayılan yeni SFTS virusunun COVID-19-la fərqini araşdırır
››› ABŞ-da jurnalist Trampı tribunanı tərk etməyə vadar etdi - Video
Son xəbərlər
Bütün xəbərlər »