Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirus cinsi yolla da keçə bilir

Rusiya Səhiyyə Nazirliyinin baş oroloqu Dmitri Puşkar karantində olan və evdə özünü təcrid etmiş şəxslərə xəbərdarlıq edib. “COVİD-19” cinsi əlaqə yolu ilə də ötürülür.

Bizimyol.info xəbər verir ki, mütəxəssisin dediyinə görə, bu əsas yoluxma üsulu olmasa da, yoluxma yollarından biridir. “Koronavirus cinsi əlaqə zamanı da ötürülə bilər. Karantində olanlar və hazırda yoluxma şübhəsi olub, özünü təcrid edənlər bunu unutmamalıdırlar”,- deyə o RİA Novosti agentliyinə bildirib.

“Bu virus inkubasiya dövründə də yoluxduğuna görə, yaxın təmaslar qorxuludur. Otaq temperaturunda o 3 sutkaya qədər yaşaya bilir. Əldə olan elmi məlumatlara görə, virus nəcisdə yaşaya bilir və nəcis-oral yollarla yayılma xüsusiyyəti var.Nukleokapsid zülalı mədənin, oniki barmaq bağırsağın, düz bağırsağın epitelil hüceyrələrinin sitoplazmasında aşkarlanıb.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »