Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropada da maska taxmaq məcburi qaydaya çevrilir - ÜST-dən açıqlama

Ümumdünya Səhiyyə Təşkilatnın (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus Cenevrədən videokonfransa qatılaraq COVİD-19-la bağlı həyəcan yaradan açıqlama verib.

“Biz yeni növ virusla üz-üzəyik, onunla bağlı bilmədiyimiz çox şey var, hər gün yeni nəsə öyrənirik. Virusun sürətlə artmasından və dünyaya yayılmasından narahatlıq duyuruq. Tezliklə virusa yoluxmuş şəxslərin sayı 1 milyona, ölənlərin sayı 50 minə çatacaq. 4 aydır dünya koronavirusla savaşır. Məchul və təhlükəli virusdur. Dünya öncə belə bir pandemiya ilə qarşılaşmayıb. Maskadan istifadə edib-etməmək barədə mübahisələr davam edir. Maska istifadəsi önəmlidir. Lakin digər önləmlərin alınması ilə birlikdə fayda verir”,- deyə o qeyd edib.

Tedros Adanom Qebreyesus Tedros Adanom Qebreyesus

Qeyd edək ki, Avropada artıq 4 ölkə evdən çıxarkən maska taxmağı məcburi qaydaya çevirib. Bu ölkələrdə də maska qıtlığı var və apteklərdə tapılmır. Hökumətlər maskanı evdə kustar qaydada hazırlamağı məsləhət görürlər. Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti evdə maska hazırlamaq üçün videotəlimatlar hazırlayıb yayır. Hamının maska taxması gizli xəstələrin asqıraq-öskürək və danıma zamanı ağız suyunu ətrafa yaymasının qarşısını almaq üçündür. Buna qədər bir çox Asiya ölkələrində maskadan məcburi qaydada hamılıqla istifadə olunmağa başlayıb və bu qayda pandemiyanın yayılmasını əhəmiyyətli dərəcədə azaldıb.

Dünya iqtisadiyyatının çətin bir dönəmdən keçdiyini söyləyən baş direktor Beynəlxalq Valyuta Fondu və Dünya Bankına da problemin həllinə dəstək vermək üçün çağrışlar edib.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »