Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hindistanda koronavirusa yoluxanların sayı 2 min nəfəri keçdi

Hindistanın Səhiyyə və Ailə Rifahı Nazirliyi COVID-19 pandemiyası ilə əlaqədar ölkədəki vəziyyətə aydınlıq gətirib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, qurumun bu gün səhər saatlarında yaydığı məlumata görə, yeni növ koronavirusa yoluxmuş insanların sayı son sutkada 328 nəfər artaraq 1 965-ə çatıb.

Bu saya müalicə alan 1 764 nəfər, 150 sağalmış şəxs, virusdan ölən 50 nəfər və ölkəni tərk edən 1 adam daxildir. Qeyd edək ki, dünən nazirlik 1 637 koronavirus infeksiyası hadisəsi qeydə alındığını söyləmişdi.

Ancaq yerli KİV-də artıq sayın 2 mini keçdiyi yazılır. “İndiatoday.in” portalının məlumatına görə, yoluxma hallarının ümumi sayı 2 053-dür. 165 nəfər sağalıbsa, 65 nəfər virusdan ölüb.

Qeyd edək ki, Hindistan hökuməti koronavirus pandemiyası fonunda aprelin 14-dək 21 gün ərzində təcrid rejimi elan edib. Səlahiyyətlilər sakinləri ciddi səbəb olmadan küçələrə çıxmamağa çağırıb, ictimai nəqliyyatın, taksi xidmətinin, metro və dəmir yolunun işini məhdudlaşdırıb.

Son xəbərlər
Bütün xəbərlər »