Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Trampın açıqlaması neftin qiymətini kəskin artırdı

Səudiyyə Ərəbistanı və Rusiya arasında davam edən neft savaşı artıq dünya iqtisadiyyatı üçün real təhlükəyə çevrilib. İndiki çətin şəraitdə həm neft ixrac edən ölkələrə ağır zərbə dəyir, həm də ABŞ və Avropanın neft hasilatı ilə məşğul olan transmilli şirkətləri böyük zərər görür.

Bizimyol.info xəbər verir ki, ABŞ prezidenti Donald Trampın son açıqlamasının ardından birjalarda neftin qiymətində sıçrayış baş verib və ümidləri artırıb.  Açıqlamadan dərhal sonra xam brent fyuçerslərinin qiyməti bir barrel üçün 5.9 faiz artaraq 26.2 dollar təşkil edib.

Vladimir Putin Vladimir Putin

Tramp bildirib ki, yaxın günlərdə Səudiyyə və Rusiya neft hasilatı ilə bağlı razılaşmaya gələcəklər. O deyib ki, Rusiya prezidenti Vladimir Putin də neft bazarlarını təhlükəyə atan durumla bağlı həll yolu tapmağa çağırış edib. ABŞ liderinin sözlərinə görə, qarşıdakı günlərdə iki ölkə neft hasilatını azaldaraq qiymətləri əvvəlki səviyyəsinə qaytarmaq üçün razılığa gələcəklər.

OPEK OPEK (Neft ixrac edən ölkələrin təşkilatı)

Xatırladaq ki, təxminən bir ay əvvəl OPEK (Neft İxrac edən Ölkələrin Təşkilatı) Rusiyaya müraciət edərək hamılıqla hasilatı azaltmağa və neftin qiymətini artırmağa çağırmışdı. Amma Rusiya OPEK-in bu çağırışını rədd etmişdi. Ardınca Səudiyyə Ərəbistanı Rusiyanın acığına neft hasilatını nə qədər lazımdırsa, artıracağını bildirmiş və hasilatı kəskin şəkildə artırmışdı. O vaxtdan bu yana neftin qiyməti sürətlə enməyə başlayıb.

Təxminən 10 gün əvvəl Kreml açıqlama vermişdi ki, bu oyunda "gözünü ilk qırpan" tərəf  Rusiya olmayacaq: "Biz bu vəziyyətə çoxdan hazırlaşmışıq".

Amma belə görünür ki, Kreml davam edən bu oyunun Rusiya üçün yaxşı qurtarmayacağını başa düşməyə başlayıb.

Səudiyyə Ərəbistanı Səudiyyə Ərəbistanı

Qeyd edək ki, Səudiyyə Ərəbistanında təsdiq olunmuş neft ehtiyatları 266 milyard, Rusiyada isə 80 milyard barrel təşkil edir. Həmçinin Səudiyyədən fərqli olaraq Rusiya hasilatı çevik şəkildə artırma imkanlarından məhrumdur, başqa sözlə, texnoloji cəhətdən buna hazır deyil. Bütün bu faktorları nəzərə alaraq deyə bilərik ki, bu psixoloji savaşda "gözünü ilk qırpan" tərəf Rusiya olacaq.

Son xəbərlər
Bütün xəbərlər »