Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pandemiyada kim uddu, kim uduzdu - Ən çox danlananlar əsl qəhrəmanlardır

Aptekə getmişdim. Arxamca bəlkə 6-7 nəfər daxil oldu. Hamı maska soruşub “yox” cavabını alınca qayıdırdı. Dəstə ilə daxil olan bir qrup kişi isə sadəcə soruşmaqla yetinməyib, aptek işçiləri ilə davaya çıxdılar.

“Qəsdən satmırsız, hara baxır bu hökumət, biz qırılmalıyıq? Küçədə polis adamdan soruşur, “niyə maska taxmırsız, oldu taxmadıq?....”Görünür, əczaçılar da bu kimi qalmaqala artıq alışqan olmuşdular ki, birisi “yenə başlandı” deyib, başını aşağı saldı və onlara əhəmiyyət vermədən öz işi ilə məşğul olmağa başladı.

Son karantin tələbi ilə yalnız market və apteklərin işləməsi ilə qəribə iddialar səslənir. “Bu bəladan qazanan dərman istehsalçılarıdır, qəsdən iflic etdilər”.

Azərbaycanda maska qıtlığı

Doğrudanmı koronavirusla bu savaş çoxlarının düşündüyü kimi, kiminsə çörəyinə yağ sürtdü, qazanc mənbəyi oldu? Bəlkə də xırda möhtəkirlik faktları baş verdi, öncələr maskaları depoya yığıb 30 qəpik əvəzinə 1 manata satanlar olmamış deyildi. Amma iş daha ciddi şəkil alınca nə maska tapıldı,cnə möhtəkir. Həkim-farmakoloq, Uluslararası Complete-Pharma Europe əczaçılıq şirkətinin export departamentinin direktoru Müşfiq Hüseynov Bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki, insanlar aptek satıcılarını boş yerə ittiham etməməlidirlər, çünki onlar əslində bu savaşın” döyüşçüləri, qəhrəmanlarıdırlar.

“Apteklər qazanmır itkiyə gedir. Apreklərin tək qazanc yeri reseptlə yazılan dərmanların satışındandır. İnsanlara küçəyə çıxma yasağı qoyulduğuna görə, insanlar cari xəstəliklərdən dolayı həkimə gedə bilmir. Ya da getmirlər. Nəticədə apteklərdə ticarət dövriyyəsi ancaq spirt və maskanın ümidinə qalıb. Bütün bu şouya və günah keçisi axtarışlarına baxmayaraq, apteklərə maska limitlə verilir. Hər aptekə 50 ədəd. Bu saya isə 5000 adam müraciaət edir. Bir faktı da nəzərdə saxlayın ki “maskalar apteklərə verilən qiymət satılmalıdır!” təlimatı var. Yəni, maskadan aptek heç nə qazanmır. Virus krizis sonrası onlarla aptekin bağlanmaq məcburiyyətində olmasının şahidi olacağıq. Əhalinin olur- olmaz hər şeydə əczaçıları günahlandırması isə sadəcə ədalətsizlikdir. Çünki, əczaçılar hər kəsdən çox virus təhdidi altındadırlar. Həkimlər özlərini şübhəli xəstədən qoruya bilir. Amma əczaçılar gün ərzində yüzlərlə xəstə ilə çox yaxın kontaktda olur və onlardan hansının xəstə olub-olmamasını bilmirlər. Ona görə, insanlar gərək bu nüansları nəzərə alsınlar. Əczaçılar da sizinlə eyni vəziyyətdədir, 350-400 manat maaşa işləyirlər və siz evdə sağlam yaşayasınız deyə iş başındadırlar. Xahiş edirəm, bu faktorları nəzərə alın”.

Bu gün həkimlərimiz və elə əczaçılarımız öz həyatlarını riskə ataraq gözəgörünməz düşmənlə savaşda ön cəbhədə dayanan insanlardır.Amma bilən də bilməyən də söz düşəndə ilk onları hədəf seçir.Olmasalar nə edəcəkdik, düşündünüzmü heç?

İlhamə Rəsulova

Paylaş »
››› Putin: “Afərin sizə! Bizi uşaq kimi aldatdılar”
››› Koronavirusa qarşı 3-cü doza da vurula bilər
››› Maska istehsalı çoxaldı – Yeni dalğa gözlənilirmi…
››› Şuşa Bəyannaməsi Ermənistanı panikaya saldı
››› Abel Məhərrəmovun borc qalmaqalında yeni detallar: Öz qohumu imiş...
››› Ərdoğanın Şuşa səfərinin nəticəsi nə olacaq: “Biz fərqli şərtlərlə Qars müqaviləsi gözləyirik”
››› Qardaş qardaşa qonaq gəlir, Şuşa dağları al geyinib
Son xəbərlər
Bütün xəbərlər »