Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Narkotacir iş başında yaxalanıb

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 4 kiloqrama yaxın narkotik vasitə, əlavə olaraq psixatrop maddə və narkotik tərkibli həblər aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Səncərədi kənd sakini Azər Əliyev 30 qram çəkidə narkotik vasitə tiryəki satarkən cinayət başında saxlanılıb. Əməliyyat tədbirlərinin davamı olaraq onun Səncərədi kəndindəki yaşadığı evə keçirilən baxış zamanı oradan 3 kiloqram 900 qram narkotik vasitə tiryək, 447 ədəd narkotik tərkibli metadon həblər, 35 qram psixatrop maddə metamfetamin və narkotik vasitələrin satışında istifadə etdiyi elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktla bağlı Astara RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

Paylaş »
››› Tovuza növbəti hücumun pərdəarxası: Rusiya Koçaryanı Qarabağda “prezident” etmək istəyir
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› Ermənistanın hücum cəhdi: Rusiya yeni münaqişə ocağı yaratmaq istəyir
››› Anar Məmmədova polis general-mayoru rütbəsi verilib
››› Azərbaycanlı prodüser iş yerində ölüb
››› PKK-nı bitirmək planı: "Azərbaycan Türkiyəyə dəstək verəcək"
››› MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunun rəsmi açılış mərasimi baş tutub
Son xəbərlər
Bütün xəbərlər »