Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qonşu ölkədə insanlar virusa görə meşələrə çəkilib

Rusiyanın Soçi şəhərində insanlar koronavirusla özünəməxsus mübarizə metodu seçiblər. Xeyli adam çadır və ərzaq götürərək meşələrə çəkilib.

Bizimyol.info xəbər verir ki, Soçidə çoxlu ailə Qafqaz biosfer qoruğuna sığınıb. Yerli mətbuatın yazdığına görə, insanlar təkcə ərzaq yox, qalın paltarlar, yataq dəsti də götürürlər.

Qoruğun administrasiyası xəbərə reaksiya verib. Buradan deyilib ki, soçililər virusdan meşələrdə gizlənə bilməyəcəklər. Çünki müfəttişlər və meşəbəyilər daim əraziyə baxış keçirir. Qoruqdan bəzi insanların evinə göndərildiyi bildirilib.

Həqiqətən də, martda qoruq ərazisində 6 nəfərin çadırda yaşaması haqda xəbər paylaşılmışdı. Həmin adamların turist olduğu müəyyənləşdirilmişdi. Çadırda yaşayanlar ərazidən kənarlaşdırılmışdı.

İndiyə qədər Risiyada 2777 nəfərdə virus aşkarlanıb. Qonşu ölkədə 24 nəfər pandemiya üzündən həyatını itirib.

Son xəbərlər
Bütün xəbərlər »