Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtaliyada virusdan ölənlərin sayı 13 mini keçdi

Dünya koronavirusla bağlı daha çox Qərb ölkələrindən xoş xəbərlər gözləyir. Çünki İtaliyada, ABŞ-da, İspaniyada, Fransada, Böyük Britaniyada böyük faciə yaşanır.

Bizimyol.info xəbər verir ki, koronavirusdan ən çox itki verən ölkə İtaliyadır. Avropa dövlətində virus 13 min 155 nəfərin həyatına son qoyub. Təkcə bu gün 727 nəfər ölüb.

Sutka ərzində daha 4782 nəfərin pandemiyaya yoluxduğu məlum olub. İndiyə qədər 110 min 574 nəfərdə infeksiya aşkar edilib.

Ümumdünya Səhiyyə Təşkilatının bu dəqiqələrə olan məlumatına görə, dünyada virusa yoluxanların sayı 903 mini keçib. Azı 45,3 min nəfər həyatını itirib.

Son xəbərlər
Bütün xəbərlər »