Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keçmiş SSRİ dövləti “qreçka”nın ölkədən çıxarılmasına qadağa qoydu

Belarusda çox qəribə qərar veriblər. Ölkədən “qreçka” kimi tanıdığımız qarabaşaq çıxarmağı qadağan ediblər.

Bizimyol.info xəbər verir ki, Belarusda koronavirusun tüğyan etdiyi günlərdə qarabaşağı strateji məhsul sayırlar. Buna görə ölkədən çıxarılması yasaqlanıb. Bundan başqa, Belarusdan sarımsaq və soğan da ixrac edilə bilməz. Qadağa üç ay davam edəcək.

Bir neçə gün əvvəl keçmiş SSRİ ölkəsinin prezidenti Aleksandr Lukaşenko çıxışında bu haqda danışmışdı: “Qarabaşaq olmayacaq, buğda sıyığı yeyəcəyik. Bu gün sıyıq yemisiniz? Mən məhz buğda sıyığı yemişəm”.

Lukaşenko yeməyə hələ düyü olduğunu da qeyd etmişdi. O, insanlara virusu araqla öldürməyi məsləhət görmüşdü.

Belarusda indiyə qədər 163 virus daşıyıcısı qeydə alınıb. Cəmi 2 nəfər həyatını itirib.

Son xəbərlər
Bütün xəbərlər »