Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
39 ilin “Volqa”sını ağlasığmaz qiymətə satırlar - Foto

SSRİ 29 ildir dağılsa da, sovet dövrünün avtomobillərinə hələ də böyük maraq var. Rusiyada 39 ilin “Volqa”sını satışa çıxarıblar.

Bizimyol.info xəbər verir ki, sovet maşını çox baha qiymətə satılır. 1981-ci ilin istehsalı olan QAZ-24-01 Rusiyanın Ufa şəhərində alıcısını axtarır. Bu maşına 6 milyon rubl (təxminən 75 min dollar) qiymət qoyulub.

39 ilin “Volqa”sını ağlasığmaz qiymətə satırlar - Foto

Əlbəttə, qiymət çox baha görünür. Hərrac təşkilatçıları bunu həmin maşının muzeyə qoyulmayan yeganə taksi “Volqa”sı olması ilə əlaqələndirirlər. Üstəlik, avtomobil də yaxşı vəziyyətdədir. Cəmi 74500 km sürülüb. Zavod rəngi dəyişdirilməyib. 39 il ərzində bu maşının iştirakı ilə qəza qeydə alınmayıb. Avtomobildən daha 5 il taksi kimi istifadə etmək olar. Çünki zamanında uyğun lisenziya verilib.

Yanvarda Rusiyada 1965-ci ilin “Volqa”sını təxminən belə qiymətə satmışdılar. Onda QAZ-24-01-ə 5,5 milyon verilmişdi.

Son xəbərlər
Bütün xəbərlər »