Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Neftin qiymətinin 10 dollara düşəcəyi proqnozlaşdırılır
Neft, dollar

OPEK+ razılaşmasının başa çatması, üstəlik, koronavirusun bütün dünyaya yayılması neft bazarında inqilab effekti verdi. Qiymət kəskin aşağı düşdü.

Bizimyol.info xəbər verir ki, neftin barelinin 10 dollara qədər düşə biləcəyi proqnozlaşdırılır. Analitik agentliklər hadisələrin belə gedişatına çox inanır. “IHS Markit”in versiyasına görə, dünyada neft saxlamaq üçün yer qıtlığı yaranacaq. Çünki apreldə əvvəlki aylarla müqayisədə 15-20 milyon barel havada qalacaq, sahibini tapmayacaq. Energy Aspect Ltd. bu situasiyada neftin qiymətinin 10 dollara qədər enməsini qaçılmaz nəticə sayır.

Mütəxəssislər düşünür ki, neft böhranı dünya enerji sektorunda mühüm dəyişikliklərə gətirib çıxaracaq. “Godman Sachs” bu təbii sərvətə böyük ehtiyacın heç vaxt bərpa olunmayacağına inanır.

Azərbaycan neftinin (Azeri Light) bareli 19,43 dollara satılır. Axırıncı dəfə belə göstərici 2002-ci ildə qeydə alınmışdı. Rusiya “Urals” markalı nefti daha ucuz – 13 dollara satmaq məcburiyyətində qalıb. “Brent” 26 dollar həddini aşa bilmir.

Paylaş »
››› Ucarda nəhəng gürzə ilanı öldürülüb - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb
››› Tanrıverdi Mustafayevdən "Azərişıq" əməkdaşlarının güllələnməsi ilə bağlı açıqlama
››› Prokurorluq “Jurnalistlər Binası” ilə bağlı korrupsiya araşdırmasına başlayıb
Son xəbərlər
Bütün xəbərlər »