Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Natiq Cəfərli: Hökumətin təkliflər paketi yalnız leqal biznesə deyil,hər bir vətəndaşa toxunmalıdır

“Hökumətin biznesə və vətəndaşlara aid təşviq planının detalları açıqlandı. Bəyəndiyim məqamlar var, amma ümumi yanaşma və addımların fəlsəfəsi doğru deyil. Addımların qısa tərcüməsi budur ki, kim qanunla əmək müqaviləsi bağlayıbsa, kim vaxtı-vaxtında vergisini veribsə, kim istehsal və kommersiya kreditləri götürübsə onlara dəstək olacaqlar”

Bu fikirlər iqtisadçı, REAL partiyasının üzvü Natiq Cəfərliyə aiddir.

Natiq Cəfərli Natiq Cəfərli

“Bu yanaşma, belə təşviq paketi dünyanın düz vaxtında anlaşılan olardı: Hökumət normal şərtlər olduqda belə bir addım atır, nəticədə də biznes və əhalidə “kölgə iqtisadiyyatından” çıxmaq üçün stimul yaranır. İndiki pandemiya və iqtisadi fəallığın ciddi azalması şəraitində biznesə və əhaliyə dərs vermək doğru deyil. Bu paketin əhalinin bütün qisminə toxunan hissəsi elektrik enerji istifadə limitinin 300 kvt-dan 400 kvt-a artırmaqla bağlı qərardır, bir də hələ siyahı açıqlanmayıb, amma bəzi məhsulların ƏDV-dən azad edilməsi gözlənilir. Qalan təşviq addımları leqal biznesə aid ediləcək – bir daha, adi şəraitdə bu addımları tam dəstəkləyərdim ki, biznes və vətəndaşı doğru, qanunauyğun çalışmağa təşviq edir, amma indi vəziyyət başqadı: Ölkədə, ən azı 1,5 mln nəfərə yaxın müqaviləsiz, və ya günəmuzd çalışan vətəndaş, vergidən yayınan minlərlə biznes subyekti var – bəs bu insanlara indiki şərtlər çərçivəsində necə dəstək olunacaq?! Bu axı artıq milli təhlükəsizlik məsələsidir! Mən ona görə 1 aya yaxındır israrla yazıb-danışırdım ki, bu şərtlər çərçivəsində mürəkkəb və çoxpilləli qərarlar almaq mümkün deyil – bacardıqca sadə, hər bir vətəndaşa birbaşa toxunan qərarlar lazımdır!”,- deyə iqtisadçı vurğulayıb.

Son xəbərlər
Bütün xəbərlər »