Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rumıniya XİN: Dağlıq Qarabağda keçirilən “seçkilər”i qanunsuz hesab edirik

Rumıniya Xarici İşlər Nazirliyi (XİN) martın 31-də Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər"lə bağlı bəyanat verib.

APA-nın xəbərinə görə, bu barədə Rumıniya XİN-in rəsmi saytında qeyd olunub.

“Martın 31-də separatçı Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “prezident və parlament seçkilər”ini qanunsuz hesab edirik. Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə və davamlı həllinə kömək edə biləcək yeganə format olan ATƏT-in Minsk Qrupunun işini dəstəklədiyini bir daha bəyan edir, tərəfləri bu prosesdə siyasi iradə nümayiş etdirməyə çağırır”, - deyə bəyanatda qeyd olunub.

Son xəbərlər
Bütün xəbərlər »