Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Karantin qaydalarını pozan kafe sahibi həbs edilib

Binəqədi rayonunda xüsusi karantin qaydalarını pozan kafe sahibi izibati qaydada həbs edilib.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, ölkə ərazisində xüsusi karantin rejiminin elan olunması və ictimai iaşə obyektlərinin faəliyyətinin qadağan edilməsinə baxmayaraq bəzi sahibkarlar tərəfindən nizam-intizamin pozulması hallarına rast gəlinməkdədir. Belə ki, polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Binəqədi rayonu 7-ci mikrorayon ərazisində gecə saatlarında fəaliyyət göstərən kafe aşkar olunub. Həmin kafenin sahibi paytaxtn sakini Elgiz Rəhimov və obyektdə olan 7 nəfər müştəri saxlanılaraq Binəqədi RPİ-nin 5-ci Piolis Bölməsinə gətiriliblər.

Qeyd edək ki, artıq kafenin sahibi Elgiz Rəhimov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək inzibati qaydada həbs edilib. Kafedə olan müştərilən barəsində isə qanunauyğun tədbirlər görülərək cərimə ediliblər.

Son xəbərlər
Bütün xəbərlər »