Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Xüsusi karantinə nəzarət daha da gücləndirilir - FHN və DSX də qoşuldu
Koronavirus - Bakıda Karantin

Lənkəran Şəhər Rayon Polis Şöbəsi koronavirus infeksiyasının sürətlə yayılma təhlükəsini nəzərə alaraq tədbirləri davam etdirir.

Əhalinin sıx toplaşdığı ərazilərə, park və xiyabanlara nəzarət gücləndirilərək, həmin ərazilərə giriş tamamilə məhdudlaşdırılıb.

Eyni zamanda, polis əməkdaşları tərəfindən şəhərin giriş-çıxış hissələrində və bəzi yerlərində nəzarət-buraxılış məntəqələri yaradılıb, təcili-tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli avtomobillərin və yük maşınlarının hərəkəti istisna olmaqla nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb.

Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq əhali arasında fərdi izahetmə-xəbərdarlıq işlərinin aparılması məqsədilə şəhərin müxtəlif ünvanlarında, park və xiyabanlarda, yaşayış binalarının qarşısında sakinlərlə maarifləndirici söhbətlər aparılıb, vətəndaşlardan məsuliyyətli olmaları tələb edilib, infeksiyanın sürətlə yayılma riski və törədə biləcəyi fəsadlar barədə ətraflı məlumatlar verilib.

Sakinlərə xüsusi karantin rejiminin tələblərinə və sanitar-epidemioloji normalara ciddi əməl etmələri tövsiyə edilib və əks halda, tələblərə əməl etməyənlərin inzibati və cinayət məsuliyyətinə cəlb olunacaqları onların nəzərinə çatdırılıb.

Həmçinin polis əməkdaşları tərəfindən şəhər ərazisində xidmət aparılan zaman karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən 25-dən çox obyekt aşkar edilib. Həmin obyekt sahibləri barəsində karantin rejim qaydalarını pozduqlarına görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub və fəaliyyətləri dayandırılıb.

Bununla belə, karantin qaydalarına nəzarət etmək və koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün kənd ərazilərinə də polis naryadları ayrılıb. Bu gündən etibarən isə Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidmətinin (DSX) bir qrup hərbi qulluqçusu karantin qaydalarına nəzarət edir.

Bu istiqamətdə tədbirlər karantin rejimi müddətində davam etdiriləcək.

Paylaş »
››› Ucarda nəhəng gürzə ilanı öldürülüb - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb
››› Tanrıverdi Mustafayevdən "Azərişıq" əməkdaşlarının güllələnməsi ilə bağlı açıqlama
››› Prokurorluq “Jurnalistlər Binası” ilə bağlı korrupsiya araşdırmasına başlayıb
Son xəbərlər
Bütün xəbərlər »