Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada koronavirusu dərhal məhv edən ucuz məhlul hazırlayıblar

Moskvanın “Skolkovo” İnnovasiya Mərkəzinin alimləri bakteriya, göbələk və viruslara qarşı effektiv mübarizə üsulu tapıblar. Sözügedən üsulun hətta koronavirusa qarşı da “ölümcül silah”a çevrilə biləcəyi qeyd olunur.

Bu barədə “İzvestiya” məlumat yayıb.

Mütəxəssislər iddia edirlər ki, sözügedən “silah” “Meqnaril” adı verdikləri, soyuq plazma ilə emal edilmiş sudur.

Alimlərin sözlərinə görə, müəyyən kimyəvi proseslərin nəticəsində maye daxilində “aqressiv” oksigen və hidrogen formaları, həmçinin, hipoxlor turşusu yaranır. Bu maddələr virusların hüceyrələrini məhv edir.

Bu cür suyu həm maskaların, həm də müxtəlif səthlərin işlənməsi üçün, eyni zamanda, havaya püskürmək üçün istifadə etmək mümkündür. Maye insanlar üçün təhlükəsizdir və kifayət qədər ucuz başa gəlir (min litr üçün təxminən iki manat). (Oxu.az)

Paylaş »
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Tovuza növbəti hücumun pərdəarxası: Rusiya Koçaryanı Qarabağda “prezident” etmək istəyir
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› Ermənistanın hücum cəhdi: Rusiya yeni münaqişə ocağı yaratmaq istəyir
››› Anar Məmmədova polis general-mayoru rütbəsi verilib
››› Azərbaycanlı prodüser iş yerində ölüb
››› PKK-nı bitirmək planı: "Azərbaycan Türkiyəyə dəstək verəcək"
Son xəbərlər
Bütün xəbərlər »