Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Karantində olan qadın birgə yaşadığı kişini bıçaqladı

Bakının Binəqədi rayonunda karantinlə əlaqədar uzun müddətdir bir mənzildə yaşayan şəxslər arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib.

Bu barədə oxu.az-a rayon polis şöbəsindən məlumat verilib.

Martın 31-də, saat 22:00 radələrində Göyçay rayon sakini Orxan Əhmədov (1995-ci il təvəllüdlü) döş nahiyəsinə nüfuz edən bıçaq yarası ilə 1 nömrəli Kliniki Tibbi Mərkəzə (Semaşko) gətirilib.

Məlum olub ki, Orxan Əhmədov birgə yaşadığı Bərdə rayon sakini Samirə Süleymanova (1981-ci il təvəllüdlü) tərəfindən bıçaqlanıb. Cinayət hadisəsi cütlüyün Binəqədi qəsəbəsində kirayələdiyi evdə baş verib.

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsi saxlayaraq məsuliyyətə cəlb ediblər. Cinayətin səbəbləri araşdırılır. İlkin məlumat əsasən, hadisə məişət zəminində baş verib.

Həkimlər bıçaqlanan şəxsin vəziyyətini orta ağır kimi qiymətləndirirlər.

Paylaş »
››› COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...
››› İki adam üçün bir gecəsi 199 manat... – Azərbaycanda turizm tragikomediyası
››› "İş adamından o qədər rüşvət alırlar ki..." - Deputat
››› Şəhid atası: "Deputat söz verib, amma..." - Fotolar
››› “Yaxşı övlad idi, arzuları çox idi balamın - sevdiyi qız da vardı” - Video
››› "Turan qapısı"nın açılmasını hansı ölkələr dəstəkləyir...
››› Çinin Azərbaycana gəlişindən kim udar, kim uduzar...
Son xəbərlər
Bütün xəbərlər »