Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sabah NATO XİN başçılarının video-konfransı keçiriləcək

Sabah NATO ölkələri Xarici İşlər nazirlərinin video-konfransı keçiriləcək.

APA-nın xəbərinə görə, bu barədə NATO baş katibi Yens Stoltenberq bu gün keçirilən virtual mətbuat konfransında deyib.

O bildirib ki, bu formatda konfransın keçirilməsi NATO-nun 70 illik tarixində bir ilkdir.

Baş katib koronavirus pandemiyası ilə əlaqədar sağlamlıq və təhlükəsizlik baxımından iclasın belə formatda keçirilməsinin önəmli olduğunu vurğulayıb.

Y. Stoltenberq koronavirusla mübarizənin sabah keçiriləcək iclasın gündəliyində əsas məsələ olduğunu da qeyd edib: “Biz NATO üzvlərinin və müttəfiqlərinin bu pandemiya ilə mübarizədə atdıqları addımları, həmçinin silahsızlaşma ilə bağlı bizim əsas missiyamızın tərkibinə daxil olan məsələləri də müzakirə edəcəyik”.

NATO baş katibi bildirib ki, bu, qlobal böhrandır və NATO öz üzərinə düşən öhdəlikləri yerinə yetirmək üçün çalışır.

Y. Stoltenberq NATO müttəfiqlərinin də bu böhranda bir-birlərinə dəstək verdiyini diqqətə çatdıraraq bu gün Türkiyədən İtaliya və İspaniyaya tibbi yardım göndərildiyini deyib: "Bildiyiniz kimi NATO həm də bir milyardlıq bir cəmiyyətin təhlükəsizliyinə görə məsuliyyət daşıyır. Ona görə biz bu sağlamlıq böhranının təhlükəsizlik böhranına çevrilməsinə imkan verməməliyik”.

Baş katib sabahkı görüşdə beynəlxalq terrorizmlə mübarizə, Əfqanıstandakı vəziyyət və ümumilikdə regionla bağlı müzakirələrin də aparılacağını qeyd edib.

Son xəbərlər
Bütün xəbərlər »