Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Limitlərin artırılmasındansa, müəyyən güzəştlərə gedilməsi yaxşı olardı”

Azərbaycan Prezidenti İlham Əliyevin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamına əsasən, iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlar hazırlanıb.

Azərbaycan İqtisadiyyat Nazirliyindən verlən məlumata görə, bu sənədlərin mahiyyəti 31 mart 2020-ci il tarixdə Azərbaycan Prezidenti İlham Əliyevə məruzə edilib.

İqtisadiyyat Nazirliyi bu proqramların əsas istiqamətlərinu ehtiva edən baza sənədini ictimaiyyətə təqdim etdi.

“Hər iki proqram iş yerlərinin azaldılmamasına köklənib. Bu sahibkarlara öz işlərini davam etdirməsi üçün muzdlu işçilərin əməkhaqqı xərcinin əhəmiyyətli hissəsinin ödənilməsi təklif olunur”.

Bu fikri Bizimyol.info-ya verdiyi açıqlamada Spektr Araşdırma və İnkişaf Mərkəzinin İdarə Heyətinin Sədri Ramil Abbasov səsləndirib.

Ramil Abbasov Ramil Abbasov

“Dəstək paketində koronovirus pandemiyasından təsirlənmiş sahələr əsas götürülüb. Mənim fikrimcə isə pandemiya bütün sahələrə ziyan vurub. Ola bilər birinə az, birinə isə çox. Bildiyimiz kimi pandemiya təsirinə məruz qalan sahələri müəyyən etmək üçün işçi qrupları yaradılıb. Öklədə təsir altına düşən sahələrdə çalışan 44 min sahibkarlıq subyektində 304 min muzdlu işçinin əmək haqqlarının ödənilməsi üçün birbaşa maliyyə proqramı irəli sürülüb. İşçinin əmək haqqının 50 faizindən 100 faizinə kimi olan rəqəmdir. 292 min fərdi mikrobiznes subyektinə və fərdi sahibkarlara maliyyə dəstəyi proqramı da var. Hər iki proqram iş yerlərinin azaldılmamasına köklənib. Bu sahibkarlara öz işlərini davam etdirməsi üçün muzdlu işçilərin əməkhaqqı xərcinin əhəmiyyətli hissəsinin ödənilməsi təklif olunur. Məlumat üçün bildirim ki, statistikaya əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı təqribən 1.6 milyon nəfərdir. Onlardan 0.9 milyon nəfəri iqtisadiyyatın dövlət sektorunda, 0.7 milyon nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir. Göründüyü kimi dəstək proqramına düşən muzdlu işçilərin sayı qeyri-dövlət sektorunda olan muzdlu işçilərin təxminən 43%-ni təşkil edir”,- deyə iqtisadçı qeyd edib.

Ramil Abbasovun fikrinə görə, bu proqramların ən effektivlisi üçüncü proqramdır, yəni pandemiyadan zərər çəkmiş sahibkarlıq subyektlərinə vergi, güzəştləri, tətilini nəzərdə tutan proqramlarıdır.

“Mənə görə ən vacib və effektiv proqram bu sayılır. Burada birbaşa maliyyə proqramından istifadə olunması deyil dolayı yolla sahibkara dəstəkdən söhbət gedir. Beləki artıq mənfəət vergisinin ödənməsi vaxtıdır və artıq ilk iş günündə ödənməlidir. Söhbət böyük məbləğdən gedir. Bu baxımdan vergi tətilinin bütün sahələrə tətbiq olunmasını daha uyğun sayardım. Çünki biz pandemiyaının nə qədər davam edəcəyini bilmirik. Yəni bu gedişlə onsuzda işçi qrupunun müəyyən etdiyi birbaşa təsir görməyən sahələrdə də bir neçə ay sonra likvidlik probleminin yaranması qaçılmazdır. Bu baxımdan elə indidən bütün ölkə üçün vergi tətili etmək uyğun olardı deyə düşünürəm. Buna isə ehtiyatdan vəsait ayırmaqla həll etmək məsələsinə baxmaq olar”.

Pandemiya uzun çəkərsədaha çox ehtiyacı olan həssas əhali təbəqəsi nəzərə alınıpbmı? İqtisadçı bu sualımızı aşağıdakı kimi cavablandırır.

“Digər əhəmiyyətli dəstək isə əhalinin həssas qrupuna aid olan ailə üzvlərinin təhsil haqqı xərclərinin ödənilməsi proqramıdır. Xüsusi ilə pandemiyanın daha uzun çəkəcəyi bir dövrdə vətəndaşlarımızın daha çox ehtiyacı olacaq deyə düşünürəm. Bu proqram hələki müzakirə mərhələsindədir. Digər proqramlar isə ipoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyi, əhalinin kommunal ödənişlərə, ilk növbədə, elektrik enerjisinə mövsümü nəzərə alaraq dəstək proqramıdır. Burada isə limitlərin artırılmasından söhbət gedir. Düşünürəm ki, limitdən çox müəyyən güzəştlərə gedilməsi daha məqsədə uyğun olardı. Bütün ailə üzvlərinin evdə olduğu bir vaxtda, təhsil, iş fəaliyyətinin distant həyata keçirilməsini nəzərə alaraq tək elektrik sərfiyyatı bir neçə dəfə artacaq. Əlavəq olaraq bunun qaz və su komunallarını da gəlsək az məbləğ etmir. 2) Bu durğunluğu aradan qaldırmaq üçün atıan addımları yetərli hesab edirsinizmi və ümumiyyətlə ölkəmiz bunun öhdəsindən nə qədər müddətə gələ biləcək? Bilirik ki, bütün dünyada durğunluq var. Bütün dünya bu durğunluqdan əziyyət çəkir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu durğunluq neft ixracedən və inkişaf etməkdə olan ölkələr üçün daha çox təsir edir. Büdcənin neftdən asılılığı müəyyən qədər azalsa da bu yetərli deyil. Ölkə bütün qüvvələrini səfərbər edərək pandemiyanın yayılmasının qarşısın almaq üçün mübarizə aparır. Hər halda bizə göstərilən rəqəmlərdən görürük ki, uğurla davam etdirilir bu mübarizə. Amma deyildiyi kimi daha pis senariyə də hazır olmalıyıq. Dövlət vətəndaşlara dəymiş ziyanın qarşısın almaq üçün 2.5 milyard manat vəsait ayrılıb. Bu da ÜMD-nin 3.1 %-ni təşkil edir. İşçi qrupu hələki dəstək paketi üzərində müzakirələr aparıb ölkə prezidentinə təqdim edib. Yəni hələki,bu dəstək proqramları işə keçməyib. Təbii ki, hər bir proqramın müsbət təsiri olacaq ancaq nə qədər vətəndaşı əhatə edəcək sual budur. Yuxarıda da qeyd etdiyim kimi daha çox qrupu əhatə etmək vacibdir. Çünki hər kəs evində oturub. Əczaçılıq və qida sektorundan başqa çalışan sahələr yoxdur. Əgər bu gün köməklik daha geniş səpkidə göstərilməsə o zaman növbəti aylarda sahibkarlar likvidlik problemi ilə üzləşəcək, vergi, sığorta haqqı ödənişlərində problemlər yaranacaq. Buna görə də problemlər yaranmamış bu məsələlər həll olunmalıdır. Turizm, restoran sahəsi daha çox ziyana məruz qalıb. Onlara güzəşt daha çox olmalıdır. Məşğulluq idarələrində qeydiyyatda olmayan işsizlər var. Onlarla bağlı tədbir necə olacaq? Digər qrup isə günə muzd işləyən və bu gün artıq işsiz olanlar var. Bütün bunlar dəstək paketində qeyd edilməlidir və mexanizm hazırlanmalıdır. Bunu isə düşünürəm ki, bələdiyyə, icra nümayəndəliyi vasitəsi ilə etmək olar. Yəni əhali arasında onlar olduğu üçün onlar vasitəsi ilə daha asan müəyyənləşdirmək olar. Təsəvvür edin ki, günə muzd işləyən adamdır heç bir ehtiyatı yoxdur və birdən birə işləmir. Banklara güzəşt olunmalıdır ki, onlar da vətəndaşlara güzəşt eləsin. Çünki indiki halda banklar dövləti gözləyir ki, dövlət hərəkət keçsin. Çünki müyyən güzəştlərin olunmasında dövlət banklara dəstək olmalıdır. Bu məsələlər haqqında mütləq düşünmək lazımdır. İqtisadiyyatın əvvəlki vəziyyətə qayıtmağı ilə bağlı müddəti isə demək çox çətindir. Biz bilirik ki, koronavirusun dərmanı tapılmayıb və nə vaxt tapılması ilə bağlı isə lider ölkələr bu prosesin 1 ilə qədər çəkəcəyini bildirir. Digər versiya isə tempratur qalxdıqda virusun ölməsi ilə bağlıdır. Son dövrlərdə pandemiyanın isti ölkələrdə yayılması o cümlədən də tədqiqatçıların müəyyən etdiyi kimi əgər əvvəllər deyilirdisəki 20 dərəcə isti tempraturda ölür, indi artıq bunun daha yuxarı hətta 27 dərəcə tempraturda baş verdiyi bildirilir. İstənilən halda hər şeyə hazırlıqlı olmaqla əlimizdə olan vəsaiti daha qənatlə və effektiv işlətməliyik. Xəstəlik haqqında bilgilər az olduğu üçün deyilən fikirlər də təsdiqini tapmayıb. Dəstək paketinə düşən sahibkarlıq subyektləri ilə dövlət özü əlaqə saxlayacaq. Ölkə prezidentinin qeyd etdiyi kimi bu həftədən ödəmələr başlayacaq. Dövlət özü də dəstək paketini tez başa çatdırmaqda maraqlıdır. Paketdə olmayan və ölkənin nəzərində olan digər məsələlər isə növbəti mərhələlərdə həll olunması nəzərdə tutulur. Əvvəlki yazılarımda da qeyd etdiyim kimi yadda saxlamaq lazımdır ki, bu virusdan hər kəs ziyan çəkəcək. Amma dövlətlə birlikdə biz bu ziyanı balanlaşdıra bilərik. Bir daha öz adımdan və mərkəzimiz adımdan xalqa müraciət edərək evdə qalmağı xahiş edirəm. Bu pandemiyanın heç bir dərmanı yoxdur və hələki ən yaxşı tədbir sosial izalyasiya sayılır. Əgər kütləvi yoluxma olarsa o zaman nəinki həkim heç yatmağa çarpayı da tapılmayacaq. Biz bu təcrübəni İtaliya, İspaniya təcrübəsində gördük. Tək bizdə deyil bütün dünyada belədir. Bu baxımdan dövlətə də birlikdə kömək etmək və vəziyyəti daha da ağırlaşdırmamaq üçün birlik olaq, dövlətin işini asanlaşdıraq. Gəlin bu məsuliyyəti birlikdə anlayaq!”,- deyə Ramil Abbasov vurğulayıb.

İlhamə Rəsulova

Paylaş »
››› Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
››› Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki məlum oldu
››› Ərdoğan Türkiyədən Liviyaya səfərlə bağlı təcili təlimat verib
››› Sabah avtobuslar işləyəcək
››› Putin 56 nəfərə general rütbəsi verib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Paşinyan: Azərbaycan və Rusiya ilə birlikdə Kəlbəcər-Sotk sərhədindəki problemin yekun həllinə yaxınlaşırıq
Son xəbərlər
Bütün xəbərlər »