Marneulidə termoskrininq metodu ilə artıq 92 min nəfərin hərarəti ölçülüb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə rayonun icra başçısı Zaur Darğallı bildirib.
O deyib ki, altı nəfər səhra hospitalına yerləşdirilib və onların koronavirusla bağlı testlərinin nəticələri gözlənilir.
Z.Darğallı qeyd edib ki, Marneuli əhalisinin ərzaq məhsulları ilə təminatında heç bir problem yoxdur.
O, ötən gün tətbiqinə başlanılan komendant saatında Marneulidə vəziyyətin sakit olduğunu bildirib.