Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vahid Əhmədov: “Qul bazarında” işləyənlərə dəstək olunmasa, böyük narazılıq yaranar

“Etiraf edək ki, "qul bazarı" bütün rayonlarda var. Deyirlər ki, onların qeydiyyatı yoxdur və bilinmir ki, harda işləyirlər. Amma düşünürəm ki, bu, problem olmamalıdır. İcra Hakimiyyəti orqanları çoxdan bununla bağlı siyahı tərtib edib verməliydilər.

Bu fikirləri Bizimyol.info-nun hökumətin əhaliyə dəstək paketi təklifləri barədə sualını cavablandıran deputat Vahid Əhmədov səsləndirib.

Vahid-ehmedov m-dov

O əhalinin böyük əksəriyyətini təşkil edən rəsmi qeydiyyatda olmayan işsizlər ordusunun, başqa sözlə gündəlik çörək puluna çıxan insanlar olduğunu söyləyib.

“Bu gün bizi əsas narahat edən məsələlələr gündəlik çörək puluna işləyən fəhlələrdir. El arasında onalra "qul bazarı"nda işləyənlər deyirlər. Əhalinin ən çox hissəsi onlardır. Bu gün mənə ən çox onlardan zəng gəlir və bu məni narahat etməyə bilməz.

Hər gün belə naçar qalmış onlarela insandan zəng gəlir. Hesab edirəm ki,bu ən ciddi məsələ kimi nəzərdə tutulmalı, nəzərə alınmalıdır .Biz aidiyyatı orqanlara müraciət etmişik, həmin insanlara müəyyən qədər vəsait verilməlidir"

Qeyd edək ki, əlaqə saxladığımız bir çox deputatlar qeyd edirlər ki, seçkilər vaxtı da icra strukturlarının görməli işlərin hamısını deputatdan tələb edirdilər. Bu işin sərhəddi nə qədər tez qoyulsa,icra strukturların bilavasitə öz işlərinə məsuliyyətlə yanaşması işi də bir o qədər yaxşılaşar.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »