Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniyada qaçqın düşərgəsinə polis basqını: saxlanılanlar var

Almaniyada daha bir qaçqın düşərgəsində koronavirus daşıyıcısı tapılıb.

“Report”un Avropa bürosunun xəbərinə görə, Thrüngen əyalətinin Suhl şəhərində qaçqın düşərgəsinə polis basqını zamanı 6 sığınacaqaxtaran saxlanılıb.

Belə ki, sakinlərdən birinin koronavirus test nəticələri pozitiv çıxdıqdan sonra 600 nəfərə yaxın sığınacaqaxtaranın yaşadığı düşərgənin karantin altına alınması barədə qərar verilib. Qərara görə, düşərgəyə bütün giriş-çıxışlar bağlanıb. Ancaq bir neçə sığınacaqaxtaran marketə getmək məqsədi ilə hasardan tullanaraq düşərgəni tərk edib.

Düşərgənin mühafizə xidmətinin vəziyyəti nəzarətdə saxlamaq iqtidarında olmadığı üçün əraziyə polisin Xüsusi Əməliyyat Qrupu çağırılıb. Polis düşərgədə karantin rejimini bərpa edən zaman müqavimətlə üzləşib.

“Qapıları bağlayıb, heç kimi çölə buraxmadılar. İnsanlar marketlərə getmək istəyir, siqaret, qida məhsulları və s. almaq istəyirlər. Əvvəl dedilər siyahı tutun, kimə nə lazımdırsa, bir nəfər gedib alıb gətirsin. Sonra dedilər ki, ümumiyyətlə düşərgədən çıxış qadağandır. Bundan sonra Çeçenistandan olan bir nəfərlə mühafizə xidmətinin əməkdaşı arasında mübahisə yarandı. Polis xüsusi təyinatlıları gələndən sonra 6 nəfəri tutub apardılar” - deyə “Report”un Avropa bürosunun əməkdaşına düşərgədə qalan Türkiyə vətəndaşı Ahmet Ünlü məlumat verib.

Onun sözlərinə görə, qaldıqları yer Almaniyanın böyük qaçqın düşərgələrindən sayılır və 600-ə yaxın sakini var. Əsasən Rusiya, Əfqanıstan, İraq, Türkiyə və Afrika ölkələrindən gələnlər çoxluq təşkil edir. Onların arasında 7 azərbaycanlı ailə də var.

Paylaş »
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Ərdoğan: “ABŞ-ın “erməni məsələsi”nə mövqe bildirməsi bizi çox təəssüflənidirir”
Son xəbərlər
Bütün xəbərlər »