Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aprelin 2-nə olan hava proqnozu

Aprelin 2-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Bizimyol.info xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 8-11° isti, gündüz 13-16° isti, Bakıda gecə 8-10° isti, gündüz 13-15° isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq.  Şərq küləyi gündüz qərb küləyi ilə əvəz olunacaq, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 6-10° isti, gündüz 14-19° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-8° isti olacaq.

Son xəbərlər
Bütün xəbərlər »