Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da koronavirusdan ölənlərin sayı 4000 nəfəri ötüb

Amerika Birləşmiş Ştatlarında (ABŞ) koronavirusdan ölənlərin sayı 4000 nəfəri ötüb.

APA-nın xəbərinə görə, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

ABŞ-da koronavirusa yoluxanların ümumi sayı 190 min nəfərə yaxınlaşıb, virusa yoluxanlardan 7000 nəfərdən çoxu sağalıb.

Son sutka ərzində isə 865 nəfər ölüb ki, bu da ölkə üçün rekord göstərici sayılır.

Son xəbərlər
Bütün xəbərlər »