Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cənubi Koreya və ABŞ razılığa gəliblər

Amerika Birləşmiş Ştatları və Koreya Respublikası Amerika hərbi kontingentinin yerləşdirilməsi şərtləri ilə bağlı yeni razılaşma barədə razılığa gəliblər və yaxın zamanlarda razılaşmanın imzalanacağı gözlənilir.

APA xəbər verir ki, bu barədə “Yonhap” agentliyinə Cənubi Koreya hökumətindəki mənbə məlumat verib.

“Ümumilikdə tərəflər danışıqların son mərhələsinə çatıblar, yalnız xırda detallar qalıb”, - deyə mənbə bildirib.

Onun sözlərinə görə, tezliklə bu, rəsmi şəkildə elan edilə bilər. Eyni zamanda, mənbə razılaşmanın təfərrüatları, eləcə də onun imzalanacağı müddət və sərf olunacaq məbləğ barədə məlumat verməyib.

Son xəbərlər
Bütün xəbərlər »