Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Bank VTB (Azərbaycan) istifadə müddəti bitmiş ödəniş kartlarının vaxtını uzatdı
vtb

Bank VTB (Azərbaycan) müştərilərinin sağlamlığı və təhlükəsizliyinin qayğısına qalaraq vaxtı bitmiş kartların istifadə müddətini uzadır. Hazırda proqram 1 iyul 2020-ci il tarixinədək nəzərdə tutulub. Beləliklə, kartlarını yeniləmək üçün müştərilərin bankın filiallarına gəlmələrinə ehtiyac yoxdur. Kartın istifadə müddəti avtomatik olaraq uzadılacaq.

Müştərilər kartlarından məhdudiyyətsiz istifadə edə biləcək.

“Biz başa düşürük ki, koronovirus infeksiyası ilə mübarizə şəraitində ictimai yerlərə, o cümlədən bank filiallarına ziyarətləri minimuma endirmək çox vacibdir. Məhz buna görə kartların istifadə müddətininin uzadılması haqqında qərar qəbul edilib. Biz həmçinin müştərilərimizi bank əməliyyatlarını distant kanallar vasitəsilə həyata keçirməyə çağırırıq. Bunun üçün Facebook Messenger-dəki rəqəmsal bank Direct, eləcə də VTB Online İnternet/Mobil bank sizin ixtiyarınızdadır. Onlayn rejimdə siz bir çox əməliyyatları, o cümlədən pul köçürmələri, hesabın artırılması, kredit və digər xidmətlərin ödənişi, bir sıra bank məhsullarının sifarişi və s. həyata keçirə bilərsiniz. Biz sizə öz kartlarınızdan evdə qalaraq istifadə etməyi tövsiyə edirik”- deyə, bank VTB (Azərbaycan)-ın Pərakəndə biznesin inkişafı departamentinin direktoru Dmitri Qalaşev bildirib.

Tel.: (012) 492 00 80

Faks: (012) 437 71 21

www.vtb.az

ASC VTB (Azərbaycan)

Mətbuat xidməti

Paylaş »
››› Şənbə-bazar günləri kimlər bayıra çıxa bilər... - Rəsmi açıqlama
››› Nərminin qətli ilə bağlı cinayət işi: “Dilə gətirə bilmədiyimiz işgəncələr veriblər”
››› 10 yaşlı Nərminin qətlində təqsirləndirilən İlkin Süleymanovun məhkəməsi olub - Video
››› Baş Nazir qərar verdi: Cümə günü saat 14:00-dan məhdudiyyət qüvvəyə minir
››› Mehman Hüseynov xərçəngə yoluxmasından danışdı: "Heç bir xəstəxana mənə yaxın durmadı"
Son xəbərlər
Bütün xəbərlər »