Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Eurovision” onlayn-konsert şəklində keçiriləcək
eurovision

“Eurovision” mahnı müsabiqəsinin təşkilatçıları ləğv edilmiş şounun əvəzinə onlayn şəkildə konsert keçirəcəklər.

Bu barədə yarışmanın rəsmi saytında məlumat verilib. Konsert həm builki, həm də ötən illərin iştirakçılarının çıxışı ilə baş tutacaq.

“Eurovision: Avropa işıqla parlayır” adlı konsert mayın 16-da Avropa vaxtı ilə saat 21:00-da keçiriləcək.

Təşkilatçılar bu il yarışmada iştirak edəcək ölkələri və Avropa Yayım Birliyinin üzvlərini bu konserti yayımlamağa çağırıb.

Xatırladaq ki, “Eurovision” mahnı müsabiqəsi 12-16 may tarixlərində Rotterdamda keçirilməli idi. Koronavirus pandemiyası səbəbindən martın 18-də müsabiqənin sözügedən tarixdə keçirilməyəcəyi elan edilmişdi. (Qafqazinfo.az)

Paylaş »
››› Şənbə-bazar günləri kimlər bayıra çıxa bilər... - Rəsmi açıqlama
››› Nərminin qətli ilə bağlı cinayət işi: “Dilə gətirə bilmədiyimiz işgəncələr veriblər”
››› 10 yaşlı Nərminin qətlində təqsirləndirilən İlkin Süleymanovun məhkəməsi olub - Video
››› Baş Nazir qərar verdi: Cümə günü saat 14:00-dan məhdudiyyət qüvvəyə minir
››› Mehman Hüseynov xərçəngə yoluxmasından danışdı: "Heç bir xəstəxana mənə yaxın durmadı"
Son xəbərlər
Bütün xəbərlər »